Zelenski istefaya gedir?
Ukrayna Prezidenti Volodimir Zelenski NATO-ya üzvlük qarşılığında vəzifəsini tərk etməyə hazır olduğunu bildirib.
meqale.com xəbər verir ki, bu barədə Ukrayna mediası paylaşıb.
Həmin məlumatı təqdim edirik:
"Mənim bir şərtim var. Mən prezidentlikdən imtina edərəm. Sülhə gedən yolda buna ehtiyac varsa, elə də olsun. Amma Ukraynanın təhlükəsizliyi təmin edilsin. Bu, mənə bu gün lazımdır, 20 ildən sonra yox", - deyə Zelenski jurnalistlərin suallarını cavablandırarkən bildirib. O həmçinin sülh danışıqlarında ABŞ, Rusiya və Ukrayna ilə yanaşı, Avropa ölkələrinin də iştirak etməli olduğunu deyib.