Zelenski Rusiya ilə sərhəddə - FOTO

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə həmsərhəd olan Sumı və Çerniqov vilayətlərinə səfər edib.

Zelenski Rusiya ilə sərhəddə - FOTO
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə həmsərhəd olan Sumı və Çerniqov vilayətlərinə səfər edib.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, o, bu barədə özünün teleqram kanalında məlumat yayıb.

Ukrayna lideri qeyd edib ki, səfərin məqsədi Kursk əməliyyatlarında iştirak edənlərə şəxsən təşəkkür etməkdir.

O, bu regionları strateji istiqamət adlandırıb və onların Rusiya ilə qarşıdurma kontekstində əhəmiyyətini vurğulayıb.