Zelenski Türkiyədən bu döyüşçülərlə geri döndü - FOTO
"Azovstal" metallurgiya zavodunun müdafiəsinə başçılıq edən bütün ukraynalı komandirlər Rusiya əsirliyindən azad olunublar.
meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski məlumat verib.
"Biz Türkiyədən vətənə qayıdırıq və qəhrəmanlarımızı vətənə aparırıq", - Zelenski bildirib.
"Ukraynalı döyüşçülər Denis Prokopenko, Svyatoslav Palamar, Sergey Volınski, Oleq Xomenko, Denis Şleqa, nəhayət, ailələrinin yanında olacaqlar", - deyə Zelenski əlavə edib.