Zelenski üzr istəməlidir
ABŞ dövlət katibi Marko Rubio Ukrayna Prezidenti Volodimir Zelenskini Donald Trampla görüşdə baş verən fiaskoya görə üzr istəməyə çağırıb.
meqale.com xəbər verir ki, Rubio bu fikirlərini mediaya müsahibədə bildirib.
Rubio bildirib ki, Zelenskinin görüşə düşmənçiliklə gəlməsi lazım deyildi və bu cür hərəkətlər onun sülh razılaşması istəmədiyi təəssüratını yaradır. Rubio Zelenskinin istədiyini söyləsə də, bəlkə də həqiqətən sülhü istəmədiyini vurğulayıb.