Zelenskidən Putinin “Pasxa atəşkəsi”nə reaksiya

19:12

Zelenskidən Putinin “Pasxa atəşkəsi”nə reaksiya
19:12

"Hazırda ölkəmizin ərazisində hava həyəcanı siqnalları işə düşüb. Yerli vaxtla 17:15-də səmada Rusiyaya məxsus pilotsuz uçuş aparatları qeydə alınıb".

APA xəbər verir ki, bunu "Teleqram" kanalında Ukrayna prezidenti Volodimir Zelenski yazıb.

O qeyd edib ki, ölkəsinin hava hücumundan müdafiə sistemləri və hərbi aviasiyası işlək vəziyyətə gətirilib:

"Səmamızın üzərində "Shahed" pilotsuz uçuş aparatlarının olması Putinin həm Pasxaya, həm də insanların həyatına real yanaşmasını göstərir".

------------ 18:33 Rusiya Prezidenti Vladimir Putin Ukrayna-Rusiya müharibəsində "Pasxa atəşkəsi" elan edib.

meqale.com xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Qeyd edilib ki, Vladimir Putin Kremldə Baş Qərargah rəisi Valeri Gerasimov ilə görüşdə "Pasxa atəşkəsi" elan edib.