Zelenskidən üzr kimi açıqlama
Ukrayna hakimiyyəti ABŞ Prezidenti Donald Trampın rəhbərliyi altında işləməyə hazır olduğunu açıqlayıb.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu qərarı "X" sosial şəbəkəsində yazıb.
"Heç birimiz sonsuz müharibə istəmirik. Ukrayna davamlı sülhün yaxınlaşması üçün mümkün qədər tez danışıqlar masasına oturmağa hazırdır. Heç kim ukraynalılardan çox sülh istəmir. Komandam və mən davamlı sülh əldə etmək üçün Prezident Trampın güclü rəhbərliyi altında işləməyə hazırıq. Biz Amerikanın Ukraynaya öz suverenliyini və müstəqilliyini qoruyub saxlamaq üçün nə qədər kömək etdiyini həqiqətən qiymətləndiririk. Və biz Prezident Trampın Ukraynaya "Javelins" verdiyi zaman vəziyyətin dəyişdiyi anı xatırlayırıq. Biz buna görə minnətdarıq", - Zelenski qeyd edib.
Ukrayna lideri ötən həftə Ağ Evdə Amerika Prezidenti Donald Trampla görüşü haqqında da yazıb: