Zelenskiyə Ukrayna dilində danışmağa icazə verilmədi
Ukrayna Prezidenti Volodimir Zelenskiyə Münxen Təhlükəsizlik Konfransı zamanı Ukrayna dilində danışmağa icazə verilməyib.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, Ukrayna lideri konfransda öz ölkəsinin dilində danışmaq istəsə də, buna imkan verməyiblər.
"Mən Ukrayna dilində danışa bilərəm?", - deyə soruşan Zelenskiyə konfransın moderatoru sürətli şəkildə "Xeyr", - deyə cavab verib.
Sürətli rədd cavabından sonra, zalda gülüş səsləri eşidilib. meqale.com