Zoomağazada yanğın - 500-dən çox heyvan öldü

ABŞ-nin şimal-qərbində Dallasda ticarət mərkəzindəki yanğında zoomağazada olan 579 heyvan ölüb.

Zoomağazada yanğın - 500-dən çox heyvan öldü
ABŞ-nin şimal-qərbində Dallasda ticarət mərkəzindəki yanğında zoomağazada olan 579 heyvan ölüb.

meqale.com APA-ya istinadla xəbər verir ki, bu barədə "CBS" telekanalı məlumat yayıb.

Məlumata görə, ölən heyvanlardan çoxu tüstüdən zəhərlənib.

"Ölən heyvanların arasında əsasən kiçik quşlar, toyuqlar, iki it və iki pişik olub", - telekanal qeyd edib.