140 ədəd müxtəlif markalı mobil telefon aşkar edilib - FOTO
Balakən Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər çərçivəsində "Mazımqara" gömrük postuna daxil olmuş yük nəqliyyat vasitəsinin üzərindəki minik avtomobilinə gömrük baxışı keçirilib.
meqale.com xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilib ki, yoxlama zamanı minik avtomobilinin ön və arxa qapılarının örtüklərinin arxasında gizlədilmiş 140 ədəd müxtəlif markalı mobil telefon və aksesuarları aşkar edilib.