22 ildən sonra...
Almaniya avrokubokların finalında iki komanda ilə təmsil olunacaq.
meqale.com İdman.Biz-ə istinadən bildirir ki, Çempionlar Liqasının həlledici görüşünə vəsiqə qazanan Dortmund "Borussiya"sının ardınca "Bayer" Avropa Liqasında eyni uğura imza atıb.
Bununla da Almaniya son 22 ildə ilk dəfə finalda iki komanda ilə təmsil olunacaq. Belə hadisə sonuncu dəfə 2001/02 mövsümündə qeydə alınıb.
Maraqlıdır ki, 22 il əvvəl də finalda "Bayer"lə "Borussiya" olub. Həmin vaxt leverkuzenlilər Çempionlar Liqasının, Dortmund təmsilçisi UEFA kubokunun həlledici matçında iştirak edib. O zaman Bundesliqa klublarının ikisi də uduzub.