38 tibbi yardım şöbəsi bir mərkəzdə birləşdirildi - TƏBİB
Tibb müəssisələrinin tərkibindəki 38 Təcili və Təxirəsalınmaz tibbi yardım şöbəsinin vahid mərkəzdə birləşdirilməsi prosesi başa çatıb.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bunu qurumun İcraçı direktorunun müşaviri Elşad Məmmədli TƏBİB-in tabeli tibb müəssisələrinin fəaliyyətinə dair keçirilən müşavirədə deyib.
E.Məmmədli qeyd edib ki, hazırda Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində restrukturlaşdırma işləri həyata keçirilir:
"Artıq tibb müəssisələrinin tərkibindəki 38 Təcili və Təxirəsalınmaz tibbi yardım şöbəsinin vahid mərkəzdə birləşdirilməsi və təhvil-təslim prosesi başa çatıb".