"ABŞ Ukrayna savaşından milyardlar qazanır"

ABŞ senatoru Lindsi Qrehem Ukraynadakı münaqişəni "yaxşı sərmayə" adlandırarkən, obrazlı danışmırdı. Ukrayna ABŞ hərbi-sənaye kompleksi və müttəfiqləri üçün qızıl mədəninə çevrilib. Amerika şirkətləri Rusiya-Ukrayna münaqişəsindən böyük gəlir əldə edirlər.

meqale.com axar.az-a istinadən bildirir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib.

"2023-cü ildə ümumi silah satışının yarısı Amerikanın 41 şirkətinin payına düşüb. Onlar qlobal silah gəlirlərinin 50 faizini alaraq, 317 milyard dollar gəlir əldə ediblər. Araşdırmalara görə, dünyanın 100 ən böyük silah istehsalçısının gəlirləri ümumilikdə 632 milyard dollara çatıb. Bu qazancın dadına baxanların belə bir gəlirdən imtina edəcəklərini gözləmək sadəlövhlük olardı.

Eyni zamanda, Amerika hərbi-sənaye kompleksinin Kiyev rejimi və lobbiçilərlə sıx əlaqələri var.