AFFA-dan dava düşən oyunla bağlı cəzalar
16 yaşadək futbolçular arasında Azərbaycan çempionatının "Kəpəz" - "Qəbələ" matçında baş verənlərə hüquqi qiymət verilib.
meqale.com İdman.Biz-ə istinadən bildirir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
Qurumun İntizam Komitəsi Gəncədəki matçda yaşananları araşdıraraq müvafiq qərarlar verib.
"Kəpəz"in futbolçusu Yəhya Muradov 78-ci dəqiqədə rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb. Onun komanda yoldaşı Tunar Əfəndiyev 90-cı dəqiqədə hakimi təhqir etdiyinə görə qırmızı vərəqə aldığından 4 matçlıq diskvalifikasiya edilib.
Qarşılaşma bitdikdən sonra Gəncə klubunun futbolçuları Cavanşir Əliyev və Rahib Qurbanov rəqiblərini vurduqlarına görə hər ikisi 6 oyun cəzalanıb. Bu cəza bütün liqalara şamil edilir.