Ağcabədidə yüzə yaxın evin həyətini su basdı - FOTO
Ağcabədidə yüzə yaxın evin həyətini su basıb.
meqale.com-ın xəbərinə görə, subasma hadisəsi Laçından olan keçmiş məcburi köçkünlər üçün Taxta körpü qəsəbəsində salınan 245 saylı qəsəbədə baş verib.
Bildirilir ki, yağan yağışlar nəticəsində yaşayış evlərinin həyətlərini və küçələri su basıb.