Ağsuda seldə ölən şəxs rəis imiş

Ağsuda selin ekskavatoru aparması nəticəsində ölən şəxs sahə rəisi olub.

Ağsuda seldə ölən şəxs rəis imiş
Ağsuda selin ekskavatoru aparması nəticəsində ölən şəxs sahə rəisi olub.

meqale.com xəbər verir ki, hadisə nəticəsində xəsarət alan digər 3 nəfər Şamaxı rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Vəziyyətləri nisbi stabil qiymətləndirilir.

Qeyd edək ki, yol-təmir işləri ilə məşğul olan işçilər güclü yağışdan qorunmaq üçün ekskavatorda oturublar. Çaya gələn güclü sel ekskavatoru aşırıb. Ekskavatorda olan 4 nəfərdən biri hadisə yerində ölüb.