Ailəsi Nagehandan imtina etdi - "Bizi 3 qəpiyə satanları biz..." - FOTOlar
"Survivor 2024 All Star"-a qatılmaq üçün həftələr əvvəl hazırlıqlara başlayan milli atlet Nagihan Karadere övladlıqdan rədd edilib.
meqale.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, məsələ ilə bağlı danışan Karaderenin qardaşı "Bizi 3 qəpiyə satanları biz pulsuz verərik" deyərək qanuni addım atdıqlarını bildirib.
İnstaqram hesabında paylaşım edən Fehmi Karadere : "Mənim və ailəmin Nagihan Karadere adlı bir ailə üzvü yoxdur . Bu şəxsin artıq ailəmizlə bağlı heç bir əlaqəsi qalmadı " deyib.
Nagihan Karadere hələlik qardaşının paylaşımları ilə bağlı açıqlama verməyib.
Fidan meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun