Alim Qasımovun qızına qarşı dələduzluq edən şəxslər saxlanıldı - FOTO
Sosial şəbəkədə tanınmış şəxslərə qarşı kiberdələduzluq edən şəxslər saxlanılıblar.
meqale.com-ın əldə etdiyi məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Eldəniz Mehrəliyev və Elnur Məmmədov saxlanılıblar.
Xatırladaq ki, Əməkdar artist Fərqanə Qasımova sosial media hesabında paylaşım edərək dələduzluqla üzləşdiyini bildirmişdi.