AVRO-2024: Fransa favorit, Gürcüstan autsayder
Bu il iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək AVRO-2024-ün favoritləri açıqlanıb.
meqale.com İdman.Biz-ə istinadən bildirir ki, siyahıya Fransa yığması rəhbərlik edir.
Onları Portuqaliya və Belçika izləyir. Tarixində ilk dəfə AVRO-2024-ə vəsiqə qazanan Gürcüstan millisi isə aşkar autsayder hesab olunur.
1. Fransa 2. Portuqaliya 3. Belçika 4. İngiltərə 5. Almaniya 6. İspaniya 7. İtaliya 8. Macarıstan 9. Avstriya 10. Niderland 11. Xorvatiya 12. Danimarka 13. Türkiyə 14. Ukrayna 15. Slovakiya 16. İsveçrə 17. Çexiya 18. Sloveniya 19. Rumıniya 20. Şotlandiya 21. Serbiya 22. Polşa 23. Albaniya 24. Gürcüstan
Qeyd edək ki, Avropa çempionatının son qalibi İtaliya yığması olub. Onlar həlledici matçda İngiltərəni məğlub edib.