Avropa İttifaqı bu ölkəyə qarşı sanksiyaları ləğv etdi
Avropa İttifaqı Suriyaya qarşı sanksiyaları ləğv edib.
meqale.com xəbər verir ki, Avropa İttifaqı Suriyaya qarşı 14 ildir tətbiq edilən iqtisadi sanksiyaları tamamilə ləğv edib. Bu barədə Aİ-nin Xarici İşlər üzrə Ali Nümayəndəsi Kaya Kallas Brüsseldə keçirilən Aİ Şurasının iclasından sonra məlumat verib.
"Suriyalılara inklüziv və sülhsevər bir gələcək qurmaqda dəstək olmaq istəyirik", - deyə Kallas bildirib.
Suriyanın xarici işlər naziri Əsəd Həsən əl-Şibani Aİ-yə təşəkkür edərək bu qərarın ölkədə sabitlik və rifaha töhfə verəcəyini vurğulayıb.