Avtobus qəzaya uğradı, məşqçi və qapıçı öldü

Əlcəzairin "El Bayad" klubunun avtobusu qəzaya uğrayıb. 

Avtobus qəzaya uğradı, məşqçi və qapıçı öldü
Əlcəzairin "El Bayad" klubunun avtobusu qəzaya uğrayıb. 

meqale.com fanat.az-a istinadən məlumatına görə, nəqliyyat vasitəsi komanda yüksək liqanın XI turunda "Kabilia" ilə səfər oyununa yollanarkən aşıb.

Hadisə nəticəsində 2 nəfər ölüb, 10 nəfər isə yaralanıb. Dünyasını dəyişənlər köməkçi məşqçi Xalid Meftah və 27 yaşlı qapıçı Zakaria Buuzianidir.  

Baş vermiş faciə ilə əlaqədar ölkədaxili bütün liqalarda həftəsonu keçirilməli olan turlar və dekabrın 26-na planlaşdırılan Əlcəzair Kubokunun püşkatma mərasimi təxirə salınıb.  

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun