"Avtoritet olmayan kişilər mənə yumşaq kimi gəlir"
Rusiyalı müğənni Lolita Milyavskaya kriminal avtoritetlə evləndiyini etiraf edib.
meqale.com xəbər verir ki, bu barədə Super.ru məlumat yayıb.
Milyavskaya bu adamı çox sevdiyini, hislərinin qarışıq olduğunu bildirib:
"Qarşı cinsin bu cür nümayəndələrini həmişə bəyənmişəm, qalanları isə mənə "yumşaq və iyrənc" görünür. Həyatımdakı ən yaxşı adamlar bir vaxtlar "quldur", sonra isə iş adamları adlandırılanlardır".