Azərbaycan cüdoçuları Almaniyada keçirilən beynəlxalq təlim-məşq toplanışına qatılıb
Azərbaycanın qadınlardan və gənc qızlardan ibarət cüdo millisinin 12 üzvü Almaniyanın Bad-Blankenburq şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışına qatılıb.

Bu barədə Cüdo Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Təlim-məşq 5-6 aprel tarixlərində Xorvatiyanın Dubrovnik şəhərində keçiriləcək böyüklər arasında Avropa Kubokuna, 12-13 aprel tarixlərində İtaliyanın Linyano şəhərində baş tutacaq gənclər arasında Avropa Kubokuna hazırlıq məqsədi daşıyır.
Qeyd edək ki, ötən gün startı verilən hazırlıq prosesi martın 26-na qədər davam edəcək.