Ertem Şenerin azərbaycanlı azarkeşlərdən İSTƏYİ
Türkiyəli məşhur idman aparıcısı və şərhçisi Ertem Şenerin azərbaycanlı azarkeşlərdən istəyi maraq doğurub.
meqale.com xəbər verir ki, teleaparıcı üzünü onlara tutaraq müraciət edib:
"Sizdən bir istəyim var. Xahiş edirəm ki, öz komandanıza dəstək olun. Mən küçədə sorğu edəndə, hansı klubun azarkeşisiniz? "Neftçi", "İmişli" deyin. Mənə "Qalatasaray", "Beşiktaş", "Fənərbağça", "Trabzon" desəniz, Azərbaycan futbolu inkişaf etməz.
Bunu yaxşılığınıza deyirəm. Azərbaycanda dəstək olduğum klublar var. "Qarabağ", "Zirə", "Neftçi"ni də sevirəm".