Azərbaycanda bağçadan çıxan uşaqlara itlər hücum etdi: Çox sayda yaralı var

Bu gün saat 18:00 radələrində 6 nəfər it dişləməsi diaqnozu ilə Sumqayıt Tibb Mərkəzinin nəzdindəki tibb müəssisələrinə hospitalizasiya olunub.

Bu barədə "Report"un yerli bürosuna TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən 1 nəfərə zəruri tibbi yardım göstərilib, müvafiq peyvənd vurulan, vəziyyəti qənaətbəxş olan şəxs ambulator müalicə üçün evə buraxılıb.

Uşaq Xəstəxanasına yerləşdirilən 5 nəfərin hər birinə zəruri tibbi yardımlar göstərilib. Müvafiq peyvənd vurulan, vəziyyəti qənaətbəxş olan 4 nəfər ambulator müalicə üçün evə buraxılıb. Başın dişlənmiş-didilmiş yarası diaqnozu təyin edilən 1 nəfərin müalicəsi isə Uşaq Xəstəxanasının Cərrahiyyə şöbəsində davam etdirilir, hazırda vəziyyəti orta ağırdır. xxx

Sumqayıtda bir gündə doqquz uşağı itlər dişləyib.

Oxu.Az-ın məlumatına görə, hadisə şəhərin 12-ci mikrorayon ərazisində baş verib.

Eyni bağçadan ayrı-ayrı vaxtlarda çıxan doqquz uşağa itlər hücum edib.

Azyaşlılar bədənin müxtəlif yerlərinin it dişləməsi diaqnozu ilə Sumqayıt Şəhər Uşaq Xəstəxanasına çatdırılıblar.

Bildirilir ki, itlər uşaqlardan birinin başını dişləyib.