Bakıda qayıq batıb, vətəndaşlar xilas olunub - VİDEO
12:46 Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Bulvar ərazisində dənizdə gəzinti qayığının çevrilməsi və gəmidəki şəxslərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-dən meqale.com-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb edilib.
Əməliyyat şəraiti qiymətləndirilərkən, gəzinti qayığının alt hissəsinin zədələnməsi və gövdəsinə su dolması nəticəsində 3-ü ekipaj üzvü, 3-ü sərnişin olmaqla 6 vətəndaşın təhlükəli vəziyyətdə qalması məlum olub.
FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları ilə birgə həyata keçirdikləri xilasetmə əməliyyatı nəticəsində vətəndaşlar xilas ediliblər.
------ 12:35 Bakıda bulvar ərazisində batan qayıq Dənizkənarı Bulvar İdarəsinin balansında deyil.
Bu barədə meqale.com-a Dənizkənarı Bulvar İdarəsindən bildirilib.
Qeyd olunub ki, həm qayıq, həm də qayığın batdığı ərazi Bulvar İdarəsinə aid deyil. O da bildirilib ki, keçən ilin oktyabr ayından Dənizkənarı Bulvar İdarəsinin balansında olan tur qayıqlarının fəaliyyəti dayandırılıb.
-------
12:02 Bakıda dənizdə gəzinti qayığı batıb.
Bu barədə meqale.com-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Qeyd edilib ki, xilas olunanların sayı və hadisənin sahildən nə qədər kənarda olduğu müəyyən edilir.
Dalğıc-axtarış xilasetmə əməkdaşları hadisə yerinə cəlb edilib.
--------- 11:53 Xəzər dənizində gəmi batır.
meqale.com bildirir ki, bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.
Görüntülərdən belə başa düşülür ki, Bakının sahilindəki gəmi batmaq təhlükəsi ilə üzləşib.
Batan gəminin içində şəxslərin olub-olmaması hələlik məlum deyil.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun