Bakıdan Naxçıvana iki dəhliz olacaq

Azərbaycan qərb rayonlarını Naxçıvanla birləşdirəcək və Çindən Mərkəzi Asiyaya, Xəzər dənizinə, Qafqaza, eləcə də Türkiyəyə uzanan Orta Dəhliz üçün marşrut rolunu oynayacaq Zəngəzur dəhlizi avtomobil və dəmir yollarının tikintisini davam etdirir.

Bakıdan Naxçıvana iki dəhliz olacaq
Azərbaycan qərb rayonlarını Naxçıvanla birləşdirəcək və Çindən Mərkəzi Asiyaya, Xəzər dənizinə, Qafqaza, eləcə də Türkiyəyə uzanan Orta Dəhliz üçün marşrut rolunu oynayacaq Zəngəzur dəhlizi avtomobil və dəmir yollarının tikintisini davam etdirir.

meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə "TRT World" məlumat yayıb.

Qeyd olunur ki, Qarabağ müharibəsindən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirəcək quru və dəmir yolu marşrutlarının açılmasına razılıq verən bəyannamə imzalayıb:

"Müharibədən sonra Azərbaycan Ermənistanla sərhədə qədər avtomobil və dəmir yollarının tikintisinə başlayıb. Zəngəzur dəhlizinin Azərbaycan hissəsində dəmir yolu və avtomobil yolunun tikintisi sürətlə davam etsə də, Ermənistan bu layihə ilə bağlı heç bir addım atmayıb. Ermənistanla razılaşma olmadığından Azərbaycan da alternativ yollar üzərində işləyir. İran ərazisi nəzərdə tutulan dəhlizin cənubunda, yaxınlıqda yerləşdiyi üçün Bakı Tehranla ölkəni İran vasitəsilə Naxçıvana birləşdirən avtomobil və dəmir yollarının tikintisi barədə razılıq əldə edib. İki ölkə arasında imzalanmış sazişlərə əsasən, Araz çayı üzərindən avtomobil və dəmir yolları üçün körpülər tikiləcək. Ermənistanla razılıq əldə olunarsa, Azərbaycanın Naxçıvana iki alternativ nəqliyyat yolu olacaq: həm Ermənistan, həm də İran vasitəsilə. Minalar və çətin relyef şəraitinə görə xəttin 2024-cü ilin sonunadək tamamlanması gözlənilir".

Məlumata görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin koordinasiya etdiyi tikintini Türkiyə şirkətləri həyata keçirir: