Bakının ən tıxaclı yolu - 6 kəndi birləşdirən şose... - FOTO
Bu fotolar səhər saat 6:50-də çəkilib.
Normalda tıxaclar pik saatlarda yaransa da, Bakının bu hissəsində hərgün səhər tezdən təxminən 12-yə qədər davam edir:
Söhbət Binəqədi qəsəbəsi, Binəqədi şosesindən gedir. Tıxac Azadlıq prospekti metrostansiyasına qədər uzanır.
Təxminən 7 kilometrlik bu tıxac Rəsulzadə qəsəbəsində və ondan sonrakı yolayrıcında "butulka" effekti səbəbindən yaranır. Artıq illərdir ki, Binəqədi sakinləri mövcud vəziyyətdən əziyyət çəkirlər.
Qeyd edək ki, Binəqədi, Mehdiabad, Novxanı, Fatmayi, Goradil, Pirşağı kəndlərinə birləşən bu şose cəmi ümumi 4 zolaqdan ibarətdir, yuxarıda qeyd olunan hissələrdən isə cəmi 1 zolaqdan hərəkət mümkün olur.