“Barselona” “Real”ı udub Superkuboku qazandı

Futbol üzrə İspaniya Superkubokunun finalında bu gün "El Klasiko" baş tutub.

“Barselona” “Real”ı udub Superkuboku qazandı
Futbol üzrə İspaniya Superkubokunun finalında bu gün "El Klasiko" baş tutub.

meqale.com xəbər verir ki, həlledici oyunda "Real" və "Barselona" komandaları üz-üzə gəlib.

Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

Gərgin keçən qarşılaşmada azarkeşlər 5 qola şahidlik ediblər. Oyun kataloniyalıların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, "Barselona" tarixində 16-cı dəfə bu İspaniya Superkubokunun sahibi olub.

"Barselona" - "Real" 3:2  Qollar: Rafinya, 36, 73, Levandovski, 45+1 - Vinisius, 45+2, Qarsiya, 45+6