“Barselona” üçün kritik məqam: Yamal qalır, yoxsa gedir?
"Barselona" klubu gənc ulduz Lamin Yamal ilə uzunmüddətli müqavilə imzalamağa hazırlaşır.
meqale.com xəbər verir ki, bu barədə məhşur insayder Fabrizio Romano məlumat yayıb. Futbolçu ilə əldə olunmuş razılaşmaya əsasən, o, 2031-ci ilə qədər Kataloniya təmsilçisinin formasını geyinəcək.
Futbol agenti Xorxe Mendes və klub rəhbərliyi arasında aparılan danışıqlar nəticəsində bütün detallarda razılıq əldə olunub. Müqavilə Lamin Yamalın 18 yaşı tamam olduqdan sonra - 2025-ci ilin iyul ayında hüquqi cəhətdən qüvvəyə minəcək. Yeni razılaşma futbolçunun maaşında artım və yüksək məbləğdə sərbəst qalma maddəsi ilə müşayiət olunacaq.