"Barselona" yeni transfer etdi

İspaniyanın nəhəng klublarından olan "Barselona" heyətini yeni futbolçu ilə gücləndirib. Kataloniya təmsilçisi portuqaliyalı müdafiəçi Joau Kanselunun transferini rəsmiləşdirib.

İspaniyanın nəhəng klublarından olan "Barselona" heyətini yeni futbolçu ilə gücləndirib. Kataloniya təmsilçisi portuqaliyalı müdafiəçi Joau Kanselunun transferini rəsmiləşdirib.

meqale.com xəbər verir ki, klubun rəsmi saytına istinadən məlumat;na görə, 31 yaşlı futbolçu 2025-ci ilin yayına qədər icarə əsasında "Barselona"nın formasını geyinəcək. Razılaşmanın maliyyə şərtləri açıqlanmayıb. Kanselunun müqavilə hüquqları hazırda Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubuna məxsusdur.

Qeyd edək ki, Joau Kanselu 2024-cü ilin yayından "Əl-Hilal"da çıxış edirdi və bu, onun "Barselona"ya ikinci dönüşüdür. Təcrübəli müdafiəçi cari mövsümdə Səudiyyə klubu ilə bütün turnirlərdə 6 oyuna çıxıb, 1 qol vurub və 2 assistlə yadda qalıb.

"Transfermarkt" portalının məlumatına əsasən, portuqaliyalı futbolçunun bazar dəyəri 10 milyon avro təşkil edir.