Baxşıyev: “Şərtlər qane etdiyinə görə, yeni müqavilə imzaladıq”
Bu gün "Araz-Naxçıvan"la yeni müqavilə imzalayan baş məşqçi Elmar Baxşıyev klubun saytına açıqlama verib.
meqale.com xəbər verir ki, mütəxəssis sözləşmə haqda fikirlərini bildirib və klubun planlarından söz açıb:
"Rəhbərliklə görüşdük, həm başa çatan mövsümü müzakirə etdik, həm də yeni futbol ili ilə bağlı fikirlərimizi bölüşdük. Danışıqlar uğurlu alındı və "Araz-Naxçıvan" layihəsində işimi davam etdirmək qərarına gəldim. Daha yaxşı komanda qura, nəticələrimizi inkişaf etdirə bilərik. Komanda başa çatan mövsümdə həqiqətən böyük iş gördü. Çətinliklərə baxmayaraq, tarixində ilk dəfə medalçılar sırasına düşdü, avrokuboklarda oynamaq imkanı qazandı. Ortaq məxrəcə gəldik ki, bu uğurlu qrafiki birgə davam etdirək. Şərtlər qane etdiyinə görə, yeni müqavilə imzaladıq.