“Bəli, Navalnı öz əcəli ilə ölüb”

Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Aleksey Navalnının ölümündən danışıb.

“Bəli, Navalnı öz əcəli ilə ölüb”
Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Aleksey Navalnının ölümündən danışıb.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, o, bu haqda "Soloviev Live TV"yə müsahibəsində bildirib.

O, bu ölümdə Qərbdə hansısa qüvvələrin əli olub-olmaması sualına belə cavab verib:

"Düşünmürəm ki, bu, hansısa xüsusi plandır, amma təəssüf ki, insanların bir xüsusiyyəti var: gec-tez həyat sona çatır, ölürlər. Bəli, Navalnı öz əcəli ilə ölüb", - deyə o vurğulayıb.

Qeyd edək ki, A. Navalnı fevralın 16-sı xüsusi rejimli cəzaçəkmə müəssisəsində vəfat edib. Onun tromb yaranması səbəbindən öldüyü bildirilib.

Xatırladaq ki, A. Navalnı 2021-ci il yanvarın 17-də fırıldaqçılıq və hakimi təhqir etməsi ittihamı ilə həbs edilmiş, 2023-cü ilin avqustunda 19 il müddətinə azadlıqdan məhrum edilmişdi.