Bəzi qüvvələr Cənubi Qafqazın gərginlik mənbəyi olmasını istəyir - Mübariz Tağıyev - VİDEO - FOTO
"Tofiq Abbasovla dialoq" analitik video layihəsinin növbəti buraxılışı Baku Network ekspert platformasında yayımlanıb.
meqale.com Trend-ə istinadən bildirir ki, verilişin qonağı Azərbaycanın Xalq artisti, İrəvanda doğulmuş Mübariz Tağıyev olub.
O qeyd edib ki, Ermənistan rəhbərliyinin hazırkı fəaliyyəti tam xaosa gətirib çıxarır.
"İndi Ermənistanda baş verənlər onu göstərir ki, orada heç kim nə istədiyini bilmir. Bütün bunlar çökməyə gətirib çıxara bilər. Belə davam edərsə, dövlətçiliklərini itirə bilərlər", - deyə M.Tağıyev bildirib.
Onun sözlərinə görə, bəzi qüvvələr Cənubi Qafqazın gərginlik mənbəyi olmasını istəyir, lakin bu, Ermənistanın xeyrinə deyil.
Verilişin tam buraxılışını oxucuların diqqətinə təqdim edirik: