Boksçularımız Avropa Kubokunu beş medalla başa vurublar
Monteneqronun Budva şəhərində keçirilən boks üzrə Avropa Kubokuna yekun vurulub.
meqale.com Trend-ə istinadən xəbər verir ki, Azərbaycan millisi 29 ölkədən 156 idmançının qatıldığı yarışı 1 gümüş və 4 bürünc medalla başa vurub.
63,5 kiloqram çəkidə çıxış edən Malik Həsənov finalda Qabil Məmmədovla (Rusiya) üz-üzə gəlib. Zədəli olan Azərbaycan təmsilçisi sonadək mübarizə aparsa da yekunda rəqib qalib gəlib. Nəticədə M.Həsənov öz çəkisində ikinci yeri tutub.