“Bolt”dan Bakıda baş verən ağır qəza ilə bağlı AÇIQLAMA - VİDEO

10 aprel tarixində baş vermiş yol-nəqliyyat hadisəsinin araşdırılması nəticəsində müəyyən olunub ki, qəzanı törədən avtomobilin buraxılış kartı 8 Aprel tarixində ləğv olunub.

Bu barədə "Bolt"dan məlumat verilib.

"Sürücü əvvəlcədən bu barədə məlumatlandırılmışdı, lakin texniki səbəblərlə əlaqədar sistemdə bloklanma prosesi müəyyən vaxt tələb edir.

Bolt şirkəti məsələ ilə bağlı zəruri tədbirlər görəcək və bütün sürücülərə bir daha qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl etmələri ilə bağlı çağırış edir", - deyə açıqlamada bildirilir.