Boşansalar da eyni evdə yaşayıblarmış - Biləcəridəki dəhşətli qətlin təfərrüatı
Biləcəri qəsəbəsində baş verən faciəli qətlin təfərrüatı məlum olub.
69 yaşlı Yaşar Bədəlov yaşadığı mənzildə həyat yoldaşı Nərminə Bədəlovanı balta ilə öldürüb. Məlumata görə, Nərminə ondan 10 yaş kiçik olub. Hadisədən sonra qadının meyiti eyni mənzildə aşkar edilib.
Qonşular bildiriblər ki, cütlük əvvəllər ailə kimi yaşamış, lakin məhkəmə qərarı ilə boşanmışdı. Boşandıqdan sonra kişi bir müddət evdən çıxmış, təxminən 6 ay ayrı yaşamışdı. Sonradan yaşayış hüququ əldə edərək yenidən eyni mənzildə, amma ayrı otaqlarda yaşamağa başlayıblar.
Qonşulardan biri qeyd edib ki, "Onlar eyni evdə sakit yaşayırdılar, kişi və qadın ayrı otaqlarda qalırdı. Lakin yenidən mübahisə baş verib, kişi qadını balta ilə vuraraq şah damarını kəsib."/Baku tv