Britaniya höküməti qərar verdi - 40 min məhbusu azad edəcək
Böyük Britaniyanın yeni baş naziri Keir Starmer həbsxanalardakı kritik sıxlıq səbəbilə 40 min məhbusu azad etməyi planlaşdırır.
meqale.com APA-ya istinadən bildirir ki, bu barədə "The Times" qəzeti öz adının açıqlanmasını istəmədiyi mənbəsinə istinadən məlumat yayıb.
Amnistiyanın yaxın həftə ərzində baş tutacağı qeyd olunur. Cinsi zorakılıq, zorakılıq və ya terrorla əlaqəli olmayan cinayətlərdə təqsirli bilinən, habelə cəzasının yarıdan azını çəkmiş məhbuslar azadlığa buraxıla biləcəklər.