Britaniyalı gənclərin yarısı internetsiz həyat istəyir

Britaniyalı gənclərin yarısı internetsiz həyat istəyir.

Britaniyalı gənclərin yarısı internetsiz həyat istəyir
Britaniyalı gənclərin yarısı internetsiz həyat istəyir.

meqale.com xəbər verir ki, "The Guardian"ın yaydığı araşdırmaya görə, 16-21 yaş arası britaniyalıların 46%-i gəncliklərini internetsiz keçirməyə üstünlük verərdi. Sosioloqların apardığı sorğuda iştirak edənlərin 70%-i sosial şəbəkələrdən istifadə etdikdən sonra özlərini pis hiss etdiklərini bildirib.

Respondentlərin yarısı axşam saatlarında internetə çıxışın məhdudlaşdırılmasını - yəni "rəqəmsal komendant saatı"nı dəstəkləyir. Gənclərin 25%-i gündə dörd saatdan çox onlayn olur, 42%-i valideynlərinə internet fəaliyyəti barədə yalan danışır, 27%-i isə özlərini sosial şəbəkədə fərqli insan kimi təqdim etdiklərini etiraf edib.