Bu ölkə Livandakı vətəndaşlarına çağırış etdi
Norveç öz vətəndaşlarına Livanı tərk etməyi tövsiyə edib.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, müvafiq bəyanat Norveç Xarici İşlər Nazirliyinin saytında dərc olunub.
Departament qeyd edib ki, tövsiyə Yaxın Şərqdə vəziyyətin gərginləşməsi ilə bağlıdır.
"Təhlükəsizlik vəziyyəti pisləşərsə, ölkəni tərk etmək olduqca çətinləşə bilər. Bu vəziyyətdə Norveç hakimiyyətinin Livandakı vətəndaşlara yardım göstərmək imkanları məhdudlaşdırılacaq", - deyə departament izah edib.