Bu ölkə rusiyalı diplomatı “persona non qrata” elan etdi
Moldova Xarici İşlər Nazirliyi Rusiyanın ölkədəki səfirliyinin əməkdaşını "persona non qrata" ("arzuolunmaz şəxs") elan edib.
meqale.com APA-ya istinadən bildirir ki, bu barədə Moldova XİN mətbuat xidməti məlumat yayıb.
Buna səbəb kimi Rusiya tərəfdən Dnestryanı bölgəsində prezident seçkiləri ilə əlaqədar seçki məntəqələrinin qurulması göstərilib. Qərara əsasən, həmin diplomat ölkədən çıxarılacaq.