Bu ölkə Rusiyanın aktivlərini dondurdu

İsveçrə Rusiyanın 7,7 milyard İsveçrə frankı (8,8 milyard ABŞ dolları) dəyərində aktivlərini dondurub.

Bu ölkə Rusiyanın aktivlərini dondurdu
İsveçrə Rusiyanın 7,7 milyard İsveçrə frankı (8,8 milyard ABŞ dolları) dəyərində aktivlərini dondurub.

meqale.com Trend-ə istinadən bildirir ki, bu barədə xarici KİV məlumat verib.

Məlumata görə, 2022-ci ilin dekabrında bu ölkənin hakimiyyəti Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı sanksiyalarına qoşulduqdan sonra Rusiyanın 7,5 milyard İsveçrə frankı (8,4 milyard dollar) məbləğində aktivlərinin dondurulduğunu bildirib.

İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) qeyd edib ki, məhkəmə proseslərinə görə dəqiq rəqəm söyləmək çətindir.