Bu ölkələr silkələndi - güclü zəlzələ oldu

Yaponiyanın cənub-qərb bölgəsində yerləşən Ryukyu adalarında 5.9 bal gücündə zəlzələ baş verib.

Bu ölkələr silkələndi - güclü zəlzələ oldu
Yaponiyanın cənub-qərb bölgəsində yerləşən Ryukyu adalarında 5.9 bal gücündə zəlzələ baş verib.

meqale.com xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Eyni zamanda, Tayvanın şimal-şərq sahillərində 6.2 maqnitudalı zəlzələ qeydə alınıb.

Tayvanın mərkəzi hava idarəsinin məlumatına görə, Taypey şəhərində baş verən zəlzələ 88.1 kilometr dərinlikdə olub.

Zəlzələ nəticəsində binalar silkələnib, lakin dağıntılarla bağlı hər hansı bir məlumat verilməyib.