Cəlili Pezeşkianın “silahı”nı almağa çalışdı: Mən də türkəm

Mən İranın pak torpağının oğluyam və türkdilli doğulduğuma görə fəxr edirəm.

Cəlili Pezeşkianın “silahı”nı almağa çalışdı: Mən də türkəm
Mən İranın pak torpağının oğluyam və türkdilli doğulduğuma görə fəxr edirəm.

meqale.com axar.az-a istinadən bildirir ki, bunu İranda prezidentliyə namizəd olan Səid Cəlili sosial media hesabında yazıb.

O, rəqibi Məsud Pezeşkianın türklər tərəfdən böyük dəstək almasına cavab olaraq ana tərəfdən türk olduğunu bildirib.

Səid Cəlilinin atasının məşhədli, anası isə ərdəbilli olduğu bildirilir.

Bir müddət öncə Səid Cəlilinin tərəfdarları Məsud Pezeşkianın namizədliyini və türklərin onu dəstəkləməsini monqolların hücumu və İranda yeni monqol hakimiyyətinin qurulmasına cəhd adlandırmışdılar.