Çin gəmiləri Yaponiyanın su sərhədini pozdu

Çinin sahil mühafizə gəmiləri Yaponiyanın su sərhədini pozub.

Çin gəmiləri Yaponiyanın su sərhədini pozdu
Çinin sahil mühafizə gəmiləri Yaponiyanın su sərhədini pozub.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, sahil mühafizə gəmilərinin Şərqi Çin dənizindəki mübahisəli Senkaku arxipelaqı ətrafındakı sərhədi pozduğu bildirilir.

Okinava əyalətinin Naha rayonunda yerləşən 11-ci Region Sahil Mühafizəsi Qərargahı məsələ ilə bağlı bəyanat yayıb. Qeyd olunub ki, Çinə məxsus 3 sahil mühafizə gəmisi Yaponiyanın ərazi sularını pozub.

Bildirilib ki, Yaponiya Sahil Mühafizəsinin xəbərdarlığından sonra gəmilər ərazini tərk edib.