Dadaş Dadaşbəyli gümüş qazandı
5-15 dekabr tarixlərində Bəhreynin paytaxtı Manamada keçirilən ağırlıqqaldırma üzrə dünya çempionatı başa çatmaq üzrədir.
meqale.com xəbər verir ki, 109 kq çəki dərəcəsində körpücük üzərinə Dadaş Dadaşbəyli çıxıb və uğur qazanıb.
Atletimiz birdən qaldırma hərəkətində 183 kq-ı ram edib və bu hərəkətdə 4-cü olub.
Dadaş təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edərək tarixi uğur qazanıb. O, 221 kq-ı başı üzərinə qaldıraraq bu hərəkətdə dünya çempionatının gümüş medalına sahib çıxıb.
Dadaşbəyli toplam 404 kq (183+221) nəticə ilə yekun sıralamada da 2-ci yeri tutaraq fəxri kürsüdə yer alıb.