Dağıstanda matəm elan edildi
Dağıstanda yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində həlak olanlar üçün matəm elan edilib.
meqale.com AZƏRTAC-a istinadən bildirir ki, bu barədə TASS informasiya agentliyi məlumat yayıb.
Qeyd edək ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 27-yə, yaralıların sayı isə 75-ə çatıb.