Daha bir təyyarə qəzaya uğradı - 6 nəfər öldü

Keniyanın paytaxtında yüngül mühərrikli təyyarə yaşayış binalarına çırpılıb.

Daha bir təyyarə qəzaya uğradı - 6 nəfər öldü
Keniyanın paytaxtında yüngül mühərrikli təyyarə yaşayış binalarına çırpılıb.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Keniyanın "The Star" qəzeti məlumat yayıb. 

Məlumata görə, yüngül mühərrikli təyyarə Keniyanın paytaxtı Nayrobidə yaşayış massivində qəzaya uğrayıb. 

Qəza nəticəsində təyyarədə olan 4 sərnişin və yerdə olan 2 nəfər ölüb.

Hadisə yerinə gələn hərbçilər və polis ərazini mühasirəyə alıb və araşdırmalara başlayıb.