DƏHŞƏT SAÇAN QƏZA: İki avtobus toqquşdu, 60 nəfər...

Çexiyada iki avtobus toqquşub, 1 nəfər ölüb, 60 nəfər xəsarət alıb.

DƏHŞƏT SAÇAN QƏZA: İki avtobus toqquşdu, 60 nəfər...
Çexiyada iki avtobus toqquşub, 1 nəfər ölüb, 60 nəfər xəsarət alıb.

meqale.com report-a istinadən xəbər verir ki, hadisə Çexiyanın cənub-şərqindəki Brno şəhəri yaxınlığında magistral yolda qeydə alınıb.

Həlak olan şəxs avtobuslardan birinin sürücüsüdür. Yaralılardan 13-nün vəziyyəti ağırdır, qalan 47 nəfər isə yüngül və orta dərəcəli xəsarətlər alıb.

Avtobuslardan birində Macarıstandan gələn turistlər olub. İlkin məlumata görə, hadisəyə səbəb avtobus sürücülərindən birinin sükan arxasında infarktdan ölməsi olub.