Dərman vasitəsinin xarici qeydiyyatının tanınması ilə bağlı siyahı hazırlanacaq
Dərman vasitəsinin xarici (beynəlxalq) qeydiyyatının tanınması şamil olunan ölkələrin və xarici (beynəlxalq) təşkilatların siyahısı hazırlanacaq.
meqale.com AZƏRTAC-a istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən "Dərman vasitələri haqqında" qanuna edilən dəyişiklikdə əksini tapıb.
Fərmana əsasən, Nazirlər Kabineti 4 ay müddətində dərman vasitəsinin xarici (beynəlxalq) qeydiyyatının tanınması şamil olunan ölkələrin və xarici (beynəlxalq) təşkilatların siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir.
meqale.com