Dövlət Akademik Filarmoniyasının anons konsertləri - FOTO

19 dekabr tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında Kövkəb Səfərəliyeva adına Violin ifaçılarının I Beynəlxalq festival-müsabiqəsinin Qala konserti baş tutacaqdır. Konsertdə Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri çıxış edəcəklər. Proqramda isə Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səslənəcək.

Dövlət Akademik Filarmoniyasının anons konsertləri - FOTO
19 dekabr tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında Kövkəb Səfərəliyeva adına Violin ifaçılarının I Beynəlxalq festival-müsabiqəsinin Qala konserti baş tutacaqdır. Konsertdə Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri çıxış edəcəklər. Proqramda isə Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səslənəcək.

20 dekabr tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində, Əməkdar İncəsənət Xadimi, professor, pedaqoq və pianoçu Elmira Səfərovanın 90 illik yubileyinə həsr olunan musiqi gecəsi keçiriləcək. Tədbirdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin, bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimovun rəhbərliyi ilə solistlər - Azərbaycan Respublikasının Xalq aristləri F.Bədəlbəyli (piano), Murad Adıgözəl-zadə (piano), Azərbaycan Respublikasının Əməkdar artistləri Gülşən Ənnağıyeva (piano), Nərgiz Əliyarova (piano) və Elnarə Kəbirlinskaya (piano) dinləyicilər qarşısında çıxış edəcək.                                                            

Konsert proqramında F.Chopin piano və orkestr üçün 1 saylı konsert (I hissə), J.Brahms piano və orkestr üçün 1 saylı konsert (I hissə), W.A.Mozart piano və orkestr üçün  ikili konsert (I hissə), S.V. Raxmaninov iki piano üçün 2 saylı süita  yüksək ustalıqla təqdim olunacaq.

23 dekabr tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində, Xalq artisti, xoreoqraf Əminə Dilbazinin 105 illiyinə həsr olunmuş konsert keçiriləcək. F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının Xalq artisti Ağaverdi Paşayev, Azərbaycan Respublikasının Əməkdar artistləri  baletmeyster  Ceyhun Qubadov, xormeyster Naala Baratelia dinləyicilər qarşısında maraqlı proqram nümayiş etdirəcək.

28  dekabr tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının

səhnəsində dirijor Azərbaycan Respublikasının Xalq artisti Yalçın Adıgözəlovun rəhbərliyi, Niyazi adına Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestrinin, konsertmeyster Daniil Kirillovun müşayiəti ilə solistlər  - Əvəz Abdullayev, Atəş Qarayev, Mahir Tağızadə, Əliəhməd İbrahimov, İqor Yadrov dinləyicilər qarşısında çıxış edəcək. Görkəmli rus bəstəkarı S.V.Raxmaninovun "Xəsis Cəngavər" (A.S.Puşkinin eyniadlı kiçik faciəsi əsasında) operası ilk dəfə olaraq Azərbaycan səhnəsində konsert şəklində təqdim olunacaq.